reklam
“İnter”in 650-ci qolunu kim vurdu?
Sportfm.az xəbər saytı

“İnter”in 650-ci qolunu kim vurdu?


Bakının "İnter” klubu Topaz Premyer Liqasında yubiley qolunu vurub.
Sportfm.az xəbər verir ki, XV turun "Kəpəz”lə ev oyununda 4:1 hesablı qələbə qazanan paytaxt təmsilçisinin 1-ci qolu yubiley əhəmiyyətli olub. Komandasının bərabərlik qoluna 45+2-ci dəqiqədə imza atan Nizami Hacıyev "İnter”in Azərbaycan çempionatlarında 650-ci topunun müəllifi olub. Bakılılar buna Premyer Liqadakı 476-cı matçında nail olub.

Bu qarşılaşmalarda 244-cü qələbəsini əldə edən komanda qol sayını 653-ə çatdırıb. "İnter”in orta məhsuldarlığı 1,37-yə bərabərdir. Paytaxt klubunun 653 qolundan 366-sı evdə, 287-si səfərdə vurulub.

Klubun ilk qolu 1999-cu il noyabrın 7-nə təsadüf edib. "Xəzər Universiteti” adı ilə çıxış edən komanda 1999/2000 mövsümünün II turunda       "Neftçi”yə 2:3 hesabı ilə uduzub. Samir Ələkbərovun 37-ci dəqiqədəki qolu indi "İnter” adlanan klubun tarixində ilk top kimi tarixə düşüb.

Qeyd edək ki, "İnter” Azərbaycan çempionatlarındakı qol sayında 5-ci göstəriciyə malikdir. Yalnız 4 komanda – "Neftçi”, "Qarabağ”, "Kəpəz” və "Turan” daha çox fərqlənib.

Oxşar xəbərlər

“Keşlə” 800-cü qolunu vurdu - Azərbaycan çempionatlarında
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
"Qarabağ"ın futbolçusundan yubiley qol
“Neftçi” 1000-i yarıladı
"İnter"in 25-ci ev qələbəsi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər