reklam
Azərbaycanlı güləşçi yarımfinala çıxdı -
Sportfm.az xəbər saytı

Azərbaycanlı güləşçi yarımfinala çıxdı -Dünya çempionatı


Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Sportfm.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq, yarımfinala yüksəlib.

97 kq-da mübarizə aparan İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.

Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Bu gün 92 kq-da yarışan Osman Nurməhəmmədov da bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal görüşlərinə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Azərbaycanın sərbəst güləşçilərindən hələ ki, təkcə Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı
İslam İlyasov medalsız qaldı - uğursuzluq
Son iki güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçilərimizin rəqibləri müəyyənləşdi - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər