reklam
Qadın güləşçilərimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Qadın güləşçilərimiz mübarizəyə başlayır -Dünya çempionatı


Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.

Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.

Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.

Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:30-da, medal mücadələləri ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın iki sərbəst güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Abubakr Abakarov (86 kq) bürünc medala yiyələnib.

Oxşar xəbərlər

Sonuncu qadın güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Son qadın güləşçimiz də uduzdu - Dünya çempionatı
Son qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Qadın idmançılarımız lisenziya üçün güləşəcək - Təsnifat Turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər