Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin penaltisi verilməyib...İntizam Komitəsi açıqladı
Sportfm.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. Bununla Hacıyevin cərimə meydançası içərisində simulyasiya etmədiyi aydın olub. Qərardan aydın olur ki, "Neftçi" komandasının penaltisi verilməyib.
Topaz Premyer Liqasının XV turunun "Qəbələ” – "Sumqayıt” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XV turunun "Qarabağ” – "Neftçi” matçında İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
Oyunun 20-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).
Oyunun 67-ci dəqiqəsində "Neftçi” klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunur (maddə 19) .
Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, "Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq "Qarabağ” FK klubunun təqdim edəcəyi məbləğ "Neftçi” klubu tərəfindən ödənilsin.
Əvəzedici heyətlərin XV turunun "İnter” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XV turunun "Qarabağ” – "Neftçi” matçının 13-cü dəqiqəsində "Qarabağ” klubunun 33 №-li futbolçusu Eltun Turabov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oxşar xəbərlər
"Şəmkir" azarkeşləri klubu ziyana saldı
Rəqibə əl vurmayan "Qəbələ"nin futbolçusuna ağır cəza
Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
Mövsümün ilk cəzaları açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası