Millimizin baş məşqçisi püşkatmada iştirak edəcək -Avro-2022
Oktyabrın 18-də futzal üzrə Avro-2022-nin final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, Niderlandın Zeist şəhərindəki futbol federasiyasının düşərgəsində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcək. Püşkatma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) start götürəcək.
Qeyd edək ki, final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək. Millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.
Oxşar xəbərlər
Millimizin rəqibləri müəyyənləşir - Avropa çempionatı
Avropa çempionatının püşkü atılacaq - Azərbaycan 2-ci səbətdə
Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq - Avropa çempionatı
Final mərhələsinin oyun günləri məlum oldu - Avropa çempionatı
“Avro 2022”nin seçmə oyunları yeni formatda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası