Final mərhələsinin oyun günləri məlum oldu -Avropa çempionatı
Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək və Azərbaycan millisinin də iştirak edəcəyi futzal üzrə Avropa çempionatının final mərhələsinin oyun günləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, əvvəlki illərdən fərqli olaraq bu dəfə qrup mərhələsinin oyunları 11 gün davam edəcək. Buna səbəb final mərhələsində iştirak edəcək komandaların sayının 12-dən 16-ya çatdırılmasıdır.
"A" və "C" qrupunun oyunları Amsterdamda, "B" və "D" qrupunun qarşılaşmaları isə Qroningendə keçiriləcək. Dörddəbir və yarımfinal, eləcə də üçüncü yer və final oyunları Amsterdamda təşkil olunacaq.
Qeyd edək ki, final mərhələsinin püşkatma mərasiminin tarixi hələ dəqiqləşməyib. Çox güman bu tədbir noyabrda keçiriləcək pley-off oyunlarından sonra baş tutacaq.
Oxşar xəbərlər
Türkiyə Portuqaliya ilə düşdü - DÇ-2022
Millimizin baş məşqçisi püşkatmada iştirak edəcək - Avro-2022
Klublarımız üçün avrokubokda 2021/22 mövsümünün təqvimi - SİYAHI
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı
Dünya çempionatının pley-off mərhələsinin püşkatma tarixi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası