Son 3 cüdoçumuz mübarizəyə başlayır -Böyük Dəbilqə
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayacaq. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verəcək.
Fətiyev ilk görüşündə Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin bu raunddakı rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün qalibi olacaq. Kokauri isə startda Emre Sanalı (Fransa) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.
Oxşar xəbərlər
Daha üç cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Son 3 cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Son 3 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz yarımfinalda - Böyük Dəbilqə
Azərbaycan cüdoçularının ilk rəqibləri məlum oldu - Böyük Dəbilqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası