reklam
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər -
Sportfm.az xəbər saytı

Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər -SİYAHI


Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.

Sportfm.az xəbər verir ki, yarışda qadınlar və kişilərdən ibarət komandalarımız iştirak edəcəklər.

Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 31 komanda çıxış edəcək.

Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.

Çempionat noyabrın 21-dək davam edəcək.

Oxşar xəbərlər

Rəcəbov Məmmədyarova qarşı - Shusha Chess 2022
Yığmalarımız İtaliya və Türkiyəyə qarşı - Avropa çempionatı
Riqa “Grand Swiss-2021” turnirinə ev sahibliyi edəcək - FIDE
Millimizin heyəti açıqlandı - Dünya Kuboku
Şahmatçılarımız Yunanıstanda yarışacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər