Azərbaycan yığmaları qələbə qazandı -Avropa çempionatı
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında bu gün ikinci turun görüşləri keçirilir.
Sportfm.az xəbər verir ki, ilk turu qələbə ilə başa vuran Azərbaycan milli komandaları bu dəfə daha güclü rəqiblərlə üz-üzə gəliblər.
Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Şəhriyar Məmmədyarov ilk, Nicat Abbasov sonuncu lövhədə rəqiblərindən üstün olubsa, Teymur Rəcəbovla Qədir Hüseynov heç-heçə ilə kifayətlənib.
Qadın yığması isə İsveçdən üstün olub. Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva rəqiblərini yenib. Hazırda Gülnar Məmmədovanın görüşü davam etsə də, nəticə yenə Azərbaycanın xeyrinə olacaq.
Avropa çempionatı, II tur
Kişilər
Serbiya - Azərbaycan - 0:3
Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0:1
İvan İvaniseviç - Teymur Rəcəbov - 0,5:0,5
Robert Markus - Qədir Hüseynov - 0,5
Miloş Perunoviç - Nicat Abbasov - 0:1
Qadınlar
İsveç - Azərbaycan - 0:3
Pia Kramlinq - Günay Məmmədzadə - 0:1
İnna Agrest - Gülnar Məmmədova
Elena Andriç - Xanım Balacayeva - 0:1
Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva - 0:1
Qeyd edək ki, ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.
Oxşar xəbərlər
Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Şahmat komandamız Almaniyaya qalib gəldi - Avropa çempionatı
Azərbaycanın şahmat millilərinin III tur üçün heyətləri - Avropa çempionatı
Yığmalarımızın II tur üçün heyətləri - Avropa çempionatı
Yığmamız İtaliyanı məğlub etdi - UĞUR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası