reklam
Yığmamız İtaliyanı məğlub etdi -
Sportfm.az xəbər saytı

Yığmamız İtaliyanı məğlub etdi -UĞUR


Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri ilk görüşlərinə çıxıblar.

Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komanda birinci turda İtaliyanı məğlub edib.

Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ, Nicat Abbasovla Rauf Məmmədov qara fiqurlarla oynayıb. Məmmədov, Hüseynov və Abbasov rəqiblərinə qalib gəlib. Məmmədyarovun görüşü bitməyib, lakin nəticəyə təsir etməyəcək.

Qadınlar isə hazırda Türkiyə ilə üz-üzə gəlir və 2:0 hesabı ilə öndədir.

Avropa çempionatı, I tur

Kişilər

Azərbaycan - İtaliya - 3:0

Şəhriyar Məmmədyarov - Daniel Vokaturo

Rauf Məmmədov - Luka Moroni - 1:0.

Qədir Hüseynov - Alessio Valçesi - 1:0

Nicat Abbasov - Françesko Sonis - 1:0

Qadınlar

Azərbaycan - Türkiyə - 2:0

Günay Məmmədzadə - Sila Çağlar

Gülnar Məmmədova - Buse Naz Koçyigit - 1:0

Xanım Balacayeva - Gülenay Aydın - 1:0

Gövhər Beydullayeva - Çiğdem Onur

Məmmədzadə və Balacayeva ağ, Məmmədova və Beydullayeva qara fiqurlarla mübarizə aparır.

Oxşar xəbərlər

Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Millilərimizin V tur üçün heyətləri - Avropa çempionatı
Şahmat yığmalarımızın bugünkü oyunlar üçün heyəti - Avropa çempionatı
Azərbaycan yığmaları qələbə qazandı - Avropa çempionatı
Yığmalarımızın II tur üçün heyətləri - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər