Millilərimizin V tur üçün heyətləri -Avropa çempionatı
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komanda Rusiya yığması ilə, qadınlar isə Ukrayna ilə üz-üzə gələcək.
Avropa çempionatı, V tur
Kişilər
Azərbaycan - Rusiya
Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk
Teymur Rəcəbov - Daniil Dubov
Rauf Məmmədov - Kirill Alekseyenko
Qədir Hüseynov - Andrey Yesipenko
Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.
Azərbaycan - Ukrayna
Günay Məmmədzadə - Anna Uşenina
Gülnar Məmmədova - Yuliya Osmak
Xanım Balacayeva - Nataliya Buksa
Gövhər Beydullayeva - Nataliya Jukova
Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma 7 xalla 1 - 3-cü, qadınlardan ibarət komanda isə 3 - 7-ci yerləri bölüşdürürlər.
Oxşar xəbərlər
Yığmalarımızın VIII tur üçün heyətləri - Avropa çempionatı
Yığmalarımızın VII tur üçün heyətləri - Avropa çempionatı
Azərbaycan millilərinin heyətləri - Avropa çempionatı
Şahmat yığmalarımızın bugünkü oyunlar üçün heyəti - Avropa çempionatı
Yığmamız İtaliyanı məğlub etdi - UĞUR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası