reklam
Pley-off mərhələsində səbətlərin tərkibi -
Sportfm.az xəbər saytı

Pley-off mərhələsində səbətlərin tərkibi -DÇ-2022


DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri bəlli olub.

Sportfm.az xəbər verir ki, noyabrın 26-da keçiriləcək püşkatmada komandalar iki səbətə bölünəcək.

10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Bu komandalar pley-off matçlarında ev sahibi olacaqlar

Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib.

Qardaş Türkiyə millisi də səpələnməyib. Buna görə də "ay-ulduzlular"ı səfərdə çətin oyun gözləyir.

Qeyd edək ki, 3 “dörlüy”ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında keçiriləcək. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.

Səpələnmişlər

Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels

Səpələnməmişlər

Türkiyə
Polşa
Şimali Makedoniya
Finlandiya
Avstriya
Çexiya
 

Oxşar xəbərlər

Püşkatmasının detalları bilindi - "Qarabağ" ilk oyununu səfərdə keçirəcək
Pley-off mərhələsinin püşkü atılacaq - DÇ-2022
“Avro 2022”nin seçmə oyunları yeni formatda keçiriləcək
Avropa çempionatı üçün rekord sayda müraciət oldu
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər