Pley-off mərhələsinin püşkü atılacaq -DÇ-2022
Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.
Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.
Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels
Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Ukrayna
Avstriya
Çexiya
Qeyd edək ki, pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.
Oxşar xəbərlər
Türkiyə millisi Portuqaliyaya qarşı - DÇ-2022
1/8 finalın püşkü atılacaq - Çempionlar Liqası
Pley-off oyunlarının başlama saatları məlum oldu - DÇ-2022
Türkiyə Portuqaliya ilə düşdü - DÇ-2022
Pley-off mərhələsində səbətlərin tərkibi - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası