"Ulduzlar Liqası"nda yenilik -Sponsor müqaviləsi
Ulduzlar Liqası “Ceyhun Haşımov” mövsümünün sonuna yaxınlaşdıqca yeni mövsüm xəbərləri sosial hesablarda paylaşımlara başlayır. Ulduzlar Liqasında 21.11.2021-ci ildə final baş tutduqdan sonra yeni mövsümdə həvəskar futbolçuları və xüsusən liqanı nələr gözləyir? Ulduzlar Liqası hər mövsüm həvəskar futbolda ilklərə imza atır, yeni mövsümdə nələr olacaq?
Sportfm.az xəbər verir ki, liqa Reburn kompleksi ilə 3 illik baş sponsorluq müqaviləsi imzalamağa hazırlaşır, bu o, deməkdir ki, 3 il ard-arda Ulduzlar Liqası “Reburn” mövsümü keçiriləcək bu məlumatı təsdiqləmək üçün biz Ulduzlar Liqası Direktoru Anar Məmmədov ilə telefon bağlantısı yaradaraq əlaqə qurduq.
Anar bəy bizə sözügedən sponsorluq müqaviləsinin hazırlandığı faktını təsdiqləyərək bu haqqda məlumatlar verdi.
-Bəli biz yeni mövsüm üçün hazırlıqlara başlamışıq Reburn kompleksi ilə nə az nə çox düz 3 illik müqavilə imzalanacaq bu mövzu haqqında biz dəfələrlə Reburn kompleksin direktoru Ənvər Əsgərov ilə görüşmüşük müqavilə haqqında geniş müzakirələr aparmışıq, Ənvər Əsgərov bu sponsorluq müqaviləsinə çox müsbət baxır hətda onun fikrincə bu müqavilə 3 illkin yox daha uzun müddətlidə ola bilər son bir görüşdən sonra müqavilələr tam olaraq imzalanacaq əlavə qeyd edim ki, sponsorluqda yer alan əsas maddələrdən biridə bu 3 il ərzində Ənvər Əsgərovun rəhbərliyi altında “Galacticos” komandasıda çıxış edəcək, Reburn direktoru düşünür ki, bu komanda həvəskar futbolun axışını tam olaraq dəyişəcək, xəbərlər yeniləndikcə mən sizinlə əlaqə saxlayaraq dahada ətraflı məlumat verəcəm.
Oxşar xəbərlər
"Mini Ulduzlar Liqası" start götürür - Püşkatma baş tutdu
"Ulduzlar Liqası"ndan daha bir yenilik - Rəsmi səhifəsi olacaq
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
Ulduzlar Liqasının yarımfinal görüşlərinin hakimi məlum oldu - AFFA təsdiqlədi
“Ulduzlar Liqası”nda yeni mövsüm həyəcanı başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası