"Neftçi" "Sabah"a qarşı -YENİLƏNİR
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək.
Meydan sahibləri 16 xalla 4-cü, qonaqlar 9 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 9-da "qartallar", 3-də "dənizçilər" qələbə qazanıb. Topların fərqində də "Zirə"nin aşkar üstünlüyü var - 21:9. Son iki qarşılaşmada “Zirə” iki qolla üç xal qazanıb. "Səbail" isə ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmir.
Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 17 xalla üçüncü, qonaqlar 8 xalla 8-ci sıradadır. Bu, komandaların çempionatdakı 13-cü qarşılaşması olacaq. Bu matçların 10-da "ağ-qaralar" qələbə qazanıbsa, ikisində heç-heçə qeydə alınıb. "Sabah" indiyədək rəqibini yenə bilməyib. Topların fərqi isə 25:6-dır.
Azərbaycan Premyer Liqası
XI tur
20 noyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
18:15. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
Qeyd edək ki, tura noyabrın 21-də "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Qarabağ" Şamaxı səfərində - Misli Premyer Liqası
“Qəbələ” ilə “Qarabağ” üz-üzə - Premyer Liqa
"Qəbələ" "Zirə"yə, "Neftçi" "Sumqayıt"a qarşı - Azərbaycan Premyer Liqası
“Qarabağ” “Zirə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Sabah" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı - Premyer Liqamızda III tur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası