reklam
Su şüşəsi stadionun bağlanmasına səbəb oldu -
Sportfm.az xəbər saytı

Su şüşəsi stadionun bağlanmasına səbəb oldu -Hadisə


Fransa Peşəkar Futbol Liqası (LFP) "Lion" klubunun stadionunu azarkeşlər üçün müvəqqəti olaraq bağlayıb.

Sportfm.az xəbər verir ki, buna sözügedən komandanın evdə "Marsel"ə qarşı keçirdiyi Liqa 1-in XIV tur oyununda baş vermiş insident səbəb olub.

Matçın gedişində yerli fanatlardan birinin meydana atdığı su şüşəsi künc zərbəsini yerinə yetirmək istəyən qonaq komandanın yarımmüdafiəçisi Dmitri Payetin başına dəyib. Nəticədə referi görüşü dayandıraraq komandaları paltardəyişmə otağına göndərib. Daha sonra qarşılaşma təxirə salınıb.

Həmin epizodu araşdıran LFP məsələ ilə bağlı yekun qərarını dekabrın 8-də verəcək. Belədə, "Lion" dekabrın 1-də "Reyms"lə çempionat oyununu azarkeşsiz keçirməli olacaq.

 

Oxşar xəbərlər

Baş məşqçi və köməkçisi yaralandı, oyun təxirə salındı
"Marsel" azarkeşsiz oynayacaq - Olay
Cəzalar açıqlandı, 3 ev oyunu neytral meydanda - Hadisə
Fransada daha iki oyun təxirə salındı
Türkiyə Kubokunda futbolçu xəstəxanalıq oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər