reklam
Millimizin şərəfini qoruyan Emin karyerasını başa vurdu -
Sportfm.az xəbər saytı

Millimizin şərəfini qoruyan Emin karyerasını başa vurdu -Vida


Azərbaycan millisinin sabiq müdafiəçisi Emin Nuri peşəkar futbolçu karyerasını başa vurmağa qərar verib.

Sportfm.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi İsveçin “Kalmar” klubunun rəsmi saytı məlumat yayıb.

İsveç çempionatında cari mövsümün başa çatması ilə 36 yaşlı futbolçunun da peşəkar oyunçu karyerası bitmiş olacaq. Bu komandada keçirdiyi 13 mövsüm ərzində 250-dən çox oyun keçirmiş müdafiəçi klub saytına açıqlamasında bu illər ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Emin 2008-ci ildən “Kalmar”da çıxış edirdi. O, bu komandada 263 matça çıxıb. Nuri 2014-cü ildə Azərbaycan millisinə də dəvət alıb. Yığmamızın həmin dövrdəki baş məşqçisi Berti Foqts ona Özbəkistanla yoxlama matçında debüt şansı da yaradıb. Lakin bu, onun millimizdəki ilk və sonuncu matçı olub.

İsveç çempionatında cari mövsümün başa çatmasına cəmi iki tur qalıb. “Kalmar” hazırda 16 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Tanınmış futbolçu karyerasını başa vurdu
Millidə 50-dən atrıq oyun keçirən futbolçu karyerasını bitirir
Məşhur futbolçu karyerasını başa vuracaq
Mahmudov Portuqaliyanı tərk etdi
“Qalatasaray”ın sabiq üzvü karyerasını başa vurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər