reklam
Millimizdən növbəti məğlubiyyət -
Sportfm.az xəbər saytı

Millimizdən növbəti məğlubiyyət -Dünya çempionatı


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, komandamız “Dalğa Arena”da Rusiya yığması ilə qarşılaşıb. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, yığmamız əvvəlki dörd oyunun da hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (0:2), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu. 

25 noyabr

DÇ-2023-ün seçmə mərhələsi

E qrupu

Azərbaycan – Rusiya 0:4
Qollar:
 Marina Fyodorova, 16. Alsu Abdullina, 28. Alena Andreyeva, 43. Marqarita Çernomırdina, 90+5.
Hakimlər: İonela Alina Peşu, Petruta Klaudia Yuqulesku, Mihaela Elena Tepusa, Kristina Mariana Trandafir (hamısı Rumıniya).
Bakı. “Dalğa Arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 6, Malta – 4, Bosniya və Herseqovina – 1, Azərbaycan – 0.

Oxşar xəbərlər

Millimiz ilk qələbəsini qazandı - Dünya çempionatı
Azərbaycan yığması Monteneqroya qarşı - Dünya çempionatı
Rusiya ilə oyunumuz Alinaya həvalə olundu - Təyinat
Millimizdən ardıcıl 4-cü məğlubiyyət - Dünya çempionatı
Millimiz Danimarkaya qarşı - DÇ-2023

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər