Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Mahir sona qədər mübarizə aparmadı" -Baş məşqçi
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın baş məşqçisi Marek Qolebiyevski Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda "Lester"lə oyundan sonra fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, 41 yaşlı mütəxəssis buraxdıqları ilk qolda Emreliyə əsəbiləşdiyini deyib:
"Meydanda baş verənlərə hər zaman dərhal reaksiya verirəm. Ona görə də reaksiyam belə oldu. Oyunçu səhv edirsə və görürəm ki, bu, mənə qol bahasına başa gəlirsə, reaksiyam belə olur. Mahir sona qədər mübarizə aparmadı.
Xatırladaq ki, Mahir "Lester"lə matçda həm də penaltidən yararlana bilməyib. Ancaq qapıçıdan qayıdan topu komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə tora daxil edib.
Oxşar xəbərlər
Mahir sona qədər meydanda oldu, 2 qol vurdu
"Mahirin problemi beynindədi" - Marek Qolebiyevski
Azarkeşlər 12 polisi döydü - İnsident
Mahir üçün 90 dəqiqə - Polşa Kuboku
Emrelinin geyindiyi qalmaqallı köynək satışa çıxarıldı - 38 manata
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası