reklam
Azarkeşlər 12 polisi döydü -
Sportfm.az xəbər saytı

Azarkeşlər 12 polisi döydü -İnsident


Polşanın "Legiya" klubunun azarkeşləri UEFA Avropa Liqasının qrup mərhələsində "Lester"lə İngiltərədəki V tur matçı zamanı 12 polisi döyüblər. 

Sportfm.az xəbər verir ki, Varşava komandasının fanatları yerli tərəfdarların olduqları tribunaya girərək, onlarla dalaşmaq istəyiblər. Amma by zaman onlar hüquq-mühafizə işçilərinin müqaviməti ilə üzləşiblər. 

Tərəflər arasında baş vermiş toqquşmada "Legiya"nın 7 fanatı saxlanılıb. 

Qeyd edək ki, görüş "Lester"in qələbəsi ilə yekunlaşıb - 3:1. "Legiya"nın yeganə qolunu Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin penaltini qaçırmasından sonra təkrar zərbə ilə Filip Mladenoviç vurub. 

Oxşar xəbərlər

Mahir Emrelinin klubu cərimələndi - Azarkeşlərə görə
"Mahir sona qədər mübarizə aparmadı" - Baş məşqçi
Emreli "Legiya"da növbəti qolunu vurdu - Polşa çempionatı
"Legiya" səfərdə qələbə qazandı - VİDEO
"Legiya" Emrelini qrup oyunları üçün sifariş etdi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər