reklam
Dadaşov qol vurdu,
Sportfm.az xəbər saytı

Dadaşov qol vurdu, "Şalke" qələbə qazandı -Regional Liqa


Almaniyanın Qərb Regional Liqasında 18-ci turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi “Şalke-2” doğma meydanda “Uerdingen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu matçın 79-cu dəqiqəsində vurub.

Qeyd edək ki, “Şalke-2” bu nəticədən sonra 19 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Rüfət “Şalke”yə qələbə qazandırdı - Regional Liqa
Rüfət Dadaşov növbəti qolunu vurdu - Qərb Regional Liqası
Rüfət adından yenə söz etdirdi - 2 qol vurdu
Dadaşov oynamadı, "Şalke" qələbə qazandı - Regional Liqa
Dadaşov yenə vurdu - Qərb Regional Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər