Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rüfət “Şalke”yə qələbə qazandırdı -Regional Liqa
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 37-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Uerdingen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:3.
Rüfət bu oyunda 74-cü dəqiqədə meydana buraxılıb. Hücumçumuz 80-ci dəqiqədə fərqlənməklə komandasına vacib qələbə qazandırıb.
“Şalke 2” bu nəticədən sonra 44 xalla 20 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Şalke” səfərdə uduzdu Regional Liqa
Dadaşovlu “Şalke” qələbə qazandı - Regional Liqa
Rüfət adından yenə söz etdirdi - 2 qol vurdu
Dadaşov qol vurdu, "Şalke" qələbə qazandı - Regional Liqa
Dadaşov yenə vurdu - Qərb Regional Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası