Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronaldodan 800-cü qol -UĞUR
İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldo Premyer Liqanın 14-cü turunda "Arsenal"la oyunda komandasının ikinci qolunu vurub.
Sportfm.az xəbər verir ki, bu, 36 yaşlı hücumçunun karyerasında 800-cü qol olub.
Qeyd edək ki, Ronaldo “Mançester Yunayted”də 129 (307 oyun), “Real Madrid”də 450 (438 oyun), “Yuventus”da (134 oyun) 101 və “Sportinq”də (31 oyun) 5 qol vurub. Bundan başqa, portuqaliyalının millidə keçirdiyi 184 oyunda 115 qolu var.
Portuqaliyalı futbolçu Çempionlar Liqasında 5 matçda 6 qol vurub, Premyer Liqanın 10 oyununda 4 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib. Ronaldunun müqaviləsi 2023-cü ildə başa çatacaq.
Oxşar xəbərlər
“Mən futbol tarixinin ən yaxşı oyunçusuyam” - Ronaldo
Ronaldodan 700-cü qol
Ronaldodan yeni dünya rekordu - VİDEO
"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo 600-cü qolunu vurdu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası