reklam
Sportfm.az xəbər saytı

"Sonuncu mogikan" dünyadan köçdü -İtki


Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Horst Ekkel dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Horst Ekkel futbolçu karyerası ərzində “Kayzerslautern” (1949-1960) və “Röxlinq” (1960-1966) klublarının formasını geyinib. O, 1951-ci və 1953-cü illərdə “Kayzerslautern”in heyətində Almaniya çempionu olub.

Ekkel 1952-1958-ci illər aralığında Almaniya yığmasında da oynayıb. O, 1954-cü ildə İsveçrədə keçirilmiş dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi.

Oxşar xəbərlər

Beş dünya çempionatında çıxış edən futbolçu dünyasını dəyişdi
Fransa futbolunun əfsanəsi dünyasını dəyişdi - 89 yaşında
Yalnız bir klubun formasını geyinmiş dünya çempionu dünyasını dəyişdi - 84 yaşında
“Liverpul”un sabiq futbolçusu dünyasını dəyişdi - 71 yaşında
"Neftçi"nin sabiq futbolçusu vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər