Fransa futbolunun əfsanəsi dünyasını dəyişdi -89 yaşında
Keçmiş fransalı hücumçu, bir dünya çempionatında vurulan qolların sayına görə rekordçu olan Jost Fonten vəfat edib.
Sportfm.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb. Fonten martın 1-i səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Fonten futbolçu karyerası ərzində Mərakeş “Kasablanka”sında, həmçinin Fransa “Nitsa”sında və “Reyms”ində çıxış edib. Onun oyunçu kimi nailiyyətləri Fransa çempionu (1956, 1958, 1960, 1962), Fransa kubokunun qalibi (1954, 1958), Fransa Superkubokunun qalibi (1958, 1960), Fransa çempionatının bombardiri (1958, 1960) adını qazanmaq olub.
Fonten Fransa millisinin heyətində 21 oyuna çıxıb, 30 qol vurub. 1958-ci il dünya çempionatında Fonten 13 qolun müəllifi olub. Bu da bir dünya çempionatında vurulan qol sayına görə mütləq rekorddur. Sabiq futbolçu həmin mundialda Fransa yığması ilə bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Mbappe yeni rekorda imza atdı
Jiru rekorda doğru...
Bir dünya çempionatında ən çox qol vuran futbolçular – SİYAHI
"Sonuncu mogikan" dünyadan köçdü - İtki
DÇ-2018: Pelenin rekordu təkrarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası