reklam
Ağdamda İmarət stadionunun yeri dəyişdirildi -
Sportfm.az xəbər saytı

Ağdamda İmarət stadionunun yeri dəyişdirildi -AÇIQLAMA


“Futbol azarkeşlərinə demək istəyirəm ki, biz İmarət stadionunun tikintisini nəzərdə tuturuq. Düzdür əvvəlki yerdə deyil, yəni Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində nəzərdə tuturuq”.

Sportfm.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov rəsmi mətbuata müsahibəsində bildirib.

O, qeyd edib ki, hazırda burada layihələndirmə işləri gedir: “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırırıq. İdman təmayüllü orta məktəbin, bundan əlavə, Azərbaycanın digər bölgələrindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur".

Oxşar xəbərlər

“İmarət” stadionunda qəbirlər aşkar edildi - FOTO
“İmarət” stadionu bu vaxt istifadəyə veriləcək 2023-2026
Ağdamda 15 min tamaşaçı tutumlu stadion tikiləcək - AÇIQLAMA
Darmadağın edilmiş "İmarət" stadionu - VİDEO
"Qarabağ" "İmarət"in 10 yaşını təbrik etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər