reklam
“İmarət” stadionu bu vaxt istifadəyə veriləcək
Sportfm.az xəbər saytı

“İmarət” stadionu bu vaxt istifadəyə veriləcək2023-2026


Ağdamın "İmarət" stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Sportfm.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.

Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Oxşar xəbərlər

Prezident Füzulidə idman kompleksinin təməlini qoydu - FOTO
Ağdamda İmarət stadionunun yeri dəyişdirildi - AÇIQLAMA
"İdmanı Qarabağa qaytarırıq" - SİYAHI
Tərtərdə yeni Olimpiya İdman Kompleksinin təməli qoyuldu - FOTO
Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər