AFFA daha iki komandanı bölgələrə sürgün edir -Salyan və Qazax futbolsevərləri sevinəcək
Yarandığı gündən 4 dəfə ad dəyişən "Keşlə"nin yeni ildən etibarən "Şamaxı" olacağı artıq hamıya bəllidi. "Futbolu bölgələrə yayan" AFFA rəhbərliyi "uğurlu siyasətini" davam etdirmək iqtidarındadı.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, yeni mövsümdən etibarən "Sabah" və "Səbail"də bölgələrə sürgün ediləcək. "Kəpəz" və "Turan"ın yenidən futbol elitasına qaytarılmasıyla yanaşı, bu iki komandada bölgələri təmsil edəcək.
Konkret olaraq "Sabah" Salyan şəhərini, Premyer Liqada sürünən "Səbail" isə Qazaxa köçürüləcək. Artıq bununla bağlı hər iki klubun rəhbərliyinin razılığı da alınıb.
Belə görünür bölgə futbolunu inkişaf etdirmək "məqsədini qarşısına qoyan" AFFA növbəti mövsümdən etibarən bu işin öhdəsindən gəlmiş olacaq.
"Keşlə"dən ilə bərabər daha iki komandanın bölgələrə sürgün edilməsindən sonra yeni mövsümdən etibarən klub rəhbərliklərindədə ciddi dəyişikliklər gözlənilir. Özüdə bu dəyişikliklər təkcə həmişə olduğu kimi yerdəyişmə olmayacaq, həm də isetfalarla müşayiət olunacaq. Bununla bağlı tezliklə saytmızda material dərc ediləcək.
Oxşar xəbərlər
"Keşlə" bu tarixdən "Şamaxı" adlanacaq - Proses sürətləndi
AFFA bölgələri unutsa da, futbol adamları ayaqda qalmağa çalışır - Ağstafada klub yarandı
Futzalda yeni ad - "Borçalı"
Avropa Liqasında yeniliklər olacaqmı?
"Kəpəz"də böyük dəyişikliklər olacaq - ÖZƏL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası