AFFA bölgələri unutsa da, futbol adamları ayaqda qalmağa çalışır - Ağstafada klub yarandı
Azərbaycan futbolunun qurtarışı bölgələrdədi. Rayonlarda futbol dirçəlməyincə, ölkə futbolunun inkişaf edəcəyini gözləmək sadəlövhlükdür.
AFFA-nın yarıtmaz işi nəticəsində yox olan bölgə futbolu öz gücünə çırpınaraq ayağa durmağa, yeriməyə çalışır.
Uzun illərdir böyük futbola həsrət qalan Ağstafa rayonunda yeni futbol klubu yaradılır.
Sportfm.az saytına daxil olan məlumata görə, “Avey”dən sonra rayonda ikinci futbol klubu təsis edilmək üzrədi. “Ağstafa gəncləri” adlanacaq klubun rəhbəri ömrünü bu rayonun futboluna həsr etmiş Şahin Kərimov olacaq. Artıq, klubun yaradılması ilə bağlı rayon icra hakimiyyəti ilə də görüş olub. Komandanın əsas məqsədi yerli istedadlı gəncləri ölkə futboluna qazandırmaq olacaq.
Qeyd edək ki, “Ağstafa gəncləri” növbəti mövsümdən etibarən AFFA-nın təşkil etdiyi Gənclər Liqasında mübarizə aparmaq istəyindədi.
Oxşar xəbərlər
AFFA liqalarında çıxış edən futbol klubu dağıldı - ÖZƏL
Ağstafada xəstəlik saçan stadion - Rəhbərlik niyə göz yumur?
Tovuz klubu əzəli rəqibin gəncləri ilə bacarmadı
"Neftçi"ni çempion edən mütəxəssis yeni klubunun hədəflərini açıqladı - ÖZƏL
Ölkəmizin hansı bölgəsində futbol yox olmaq üzrədir? - PROBLEM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası