Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Tottenhem" - "Renn" qarşılaşması keçirilməyəcək -Konfrans Liqası
UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turundan təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşması keçirilməyəcək.
Sportfm.az xəbər verir ki, London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün matçın 31 dekabradək oynanılması mümkün olmayacaq.
Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək.
"Tottenhem" öhdəliyi yerinə yetirmədiyi üçün komandaya texniki məğlubiyyətin veriləcəyi gözlənilir. Beləliklə, İngiltərə təmsilçisi G qrupunu 7 xalla üçüncü pillədə başa vuracaq və avrokuboklarla vidalaşacaq. Niderlandın "Vitess" klubu isə pley-offa yüksələcək.
Oxşar xəbərlər
London derbisində "Tottenhem" güclü oldu
"Tottenhem"ə texniki məğlubiyyət verildi - UEFA
Premyer Liqada daha bir oyun təxirə salındı - Koronavirusa görə
"Qarabağ"ın pley-offdakı rəqibi məlum olacaq - Konfrans Liqası
1/8 final və pley-off mərhələsinin növbəti iştirakçıları bilinəcək - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası