reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın pley-offdakı rəqibi məlum olacaq -Konfrans Liqası


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Tədbirdə "Qarabağ"ın da pley-offdakı rəqibi bəlli olacaq.

Püşkatmada iştirak edəcək 16 komanda iki qrupa bölünüb. H qrupunu 2-ci pillədə tamamlayan Ağdam klubu səpələnmişlər səbətində yer alıb. Qurban Qurbanovun baç məşqçi olduğu komandası Avropa Liqasının qrup üçüncülərindən biri ilə qarşılaşacaq. "Köhlən atlar" ilk oyununu səfərdə keçirəcək. Püşk zamanı eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

Pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Budyo Qlimt" (Norveç)

"Qarabağ" (AZƏRBAYCAN)

"Makkabi" (Təl-Əviv, İsrail)

PAOK (Yunanıstan)

"Partizan" (Serbiya)

"Randers" (Danimarka)

"Slaviya" (Praqa, Çexiya)

"Vitess" (Niderland) və ya "Tottenhem" (İngiltərə) (Daha sonra qərar veriləcək)

Səpələnməmişlər

"Lester" (İngiltərə)

"Midtüllan" (Danimarka)

"Marsel" (Fransa)

PSV (Niderland)

"Rapid" (Vyana, Avstriya)

"Seltik" (Şotlandiya)

"Sparta" (Praqa, Çexiya)

"Fənərbağça" (Türkiyə) 

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın pley-offdakı rəqibi məlum olacaq - Konfrans Liqası
Son 2 mərhələnin püşkü atıldı - Konfrans Liqası
Pley-off mərhələsinin oyunlarına start verilir - Konfrans Liqası
Pley-off mərhələsinin püşkü atıldı - “Qarabağ” “Marsel”ə qarşı
"Qarabağ"ın pley-offdakı potensial rəqibləri bilindi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər