reklam
Azərbaycanlı olimpiya çempionu federasiya prezidenti oldu -
Sportfm.az xəbər saytı

Azərbaycanlı olimpiya çempionu federasiya prezidenti oldu -Rusiyada


Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.

Sportfm.az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd kimi qalib gəlib. O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. Mixaylov FFR-ə 2009-cu ildən rəhbərlik edirdi.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Oxşar xəbərlər

Azərbaycanlı baş məşqçinin erməni sevgisi - Ona dəstək oldu
Azərbaycanlı olimpiya çempionunun evi qarət olundu - Cəvahirat əşyaları oğurlandı
Mikayıl Cabbarov məşhur milyarderlə görüşdü
Olimpiya çempionu olan MOK prezidenti paytaxtımıza gələcək
“10 günə hamısını qovacam” - Məmmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər