reklam
Super Liqada yeni rekord -
Sportfm.az xəbər saytı

Super Liqada yeni rekord -10 oyundur məğlub olmur


Futbol üzrə Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la ev oyunu “Başakşəhər”in baş məşqçisi Əmrə Bəlözoğlu üçün əlamətdar olub.

Sportfm.az xəbər verir ki, o, bu oyunda qazandıqları 3:1 hesablı qələbə sayəsində Super Liqanın tarixinə düşüb.

Bu, sözügedən komandanın cari mövsümdəki 10-cu qələbəsidir. Üstəlik, İstanbul təmsilçisi ardıcıl 10 oyundur məğlub olmur. Oktyabrın 15-də “Beşiktaş”a qarşı keçirilən oyunla “Başakşəhər”də debüt edən Bəlözoğlu, 10 oyunda 8-ci qələbəsinə sevinib. Daha iki oyun isə heç-heçə bitib.

Bununla da Əmrə Super Liqa tarixində 15 qələbəni ən tez qazanmış mütəxəssisə çevrilib.

Qeyd edək ki, İstanbul təmsilçisi hazırda 32 xalla 3-cü, Trabzon klubu isə 45 xalla birincidir.

Oxşar xəbərlər

Əlavə olunmuş 6-cı dəqiqədə vurulan qol - SUPER LİQA
“Beşiktaş” mövsümə qələbə ilə başladı - Super Liqa
“Başakşəhər” “Konyaspor”u məğlub etdi - Türkiyə Super Liqası
Aleksandr Sörlot "Trabzonspor"un tarixinə düşdü
Türkiyədə bu da oldu! - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər