Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyədə bu da oldu! -FOTO
Ötən gün oynanılan Türkiyə Super Liqasının "Başakşəhər" - "Fənərbaxça" oyununda maraqlı hadisə diqqət çəkib.
Sportfm.az xəbər verir ki, oyundan öncə dünya futbolunda nadir hallarda rast gəlinən foto çəkilib.
Belə ki, hazırda "Fənərbaxça"nın kapitanı olan Əmrə Bəlözoğlu bundan öncəki klubu "Başakşəhər"in start heyəti ilə foto çəkdirib.
Hər matçdan öncə komandaların start heyətlərinin çəkdirdiyi fotoya "Başakşəhər"li Arda Turan tərəfindən dəvət olunan 39 yaşlı yarımmüdafiəçi təklifdən imtina etməyib.
Qeyd edək ki, Əmrə Bəlözoğlu "Fənərbaxça"dan öncə dörd il "Başakşəhər"in formasını geyinib
Oxşar xəbərlər
Super Liqada yeni rekord - 10 oyundur məğlub olmur
Emre Belözoğlu "Başakşəhər"də - Yeni təyinat
38 yaşlı futbolçunu transfer edirlər
Türkiyədə ilin ən yaxşıları açıqlandı - FOTO
Arda Turan “Başakşəhər”də - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası