Türkiyə çempionatında ara qarışdı -Klub prezidenti hakimi döydü
Futbol üzrə Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində keçirilmiş “Yeni Malatyaspor” – “Kayserispor” matçından sonra insident baş verib.
Sportfm.az xəbər verir ki, Malatya təmsilçisinin prezidenti Adil Gevrek matç bitən kimi meydana daxil olub.
O, oyunun baş hakimi Hüseyin Göçekə hücum çəkib. Buna referinin görüşün sonlarında qonaq komandanın qapısına penalti təyin etməməsi səbəb olub. Əvəzində Kayseri təmsilçisi 90+1-ci dəqiqədə daha bir qol vuraraq məğlubiyyətdən xilas olub – 2:2.
Hakimlikdən kəskin narazı qalan Malatya klubunun prezidenti onlara yaxınlaşmağa çalışsa da, təhlükəsizlik xidmətinin əməkdaşları buna imkan verməyiblər. Göçek və köməkçiləri isə təxminən 20 dəqiqə meydanda gözləmək məcburiyyətində qalıblar. Onlar polislərin müşayiəti ilə paltardəyişmə otağına yollanıblar.
Oxşar xəbərlər
Daha bir klub çempionatdakı çıxışını dayandırdı
Gürcülər türk basketbolçunu döydü - İnsident
Klub prezidenti baş hakimə hücum etdi - VİDEO
Lənkəranda "Kəpəz"in futbolçularını döydülər - VİDEO
"Qalatasaray" 2 qola sevindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası