reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" 2 qola sevindi


Türkiyə Kubokunun 1/4 final mərhələsində “Qalatasaray” komandası öz meydanında “Hatayspor”u qəbul edib.

Sportfm.az xəbər verir ki, “Türk Telekom” arenada reallaşan oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda hesabı 7-ci dəqiqədə Kristian Luyindama açıb. Görüşün 41-ci dəqiqəsində qonaqlar meydanda azlıqda qalıblar. Belə ki, Ömər Alıcı etdiyi qayda pozuntusuna görə qırmızı kartla oyundan kənarlaşdırılıb. Birinci hissə elə bu hesabla başa çatıb. İstanbul təmsilçisi 90-cı dəqiqədə Sofian Fequlinin vurduğu qolla oyunun yekun hesabını müəyyən edib - 2:0.

Türkiyə Kubokunun dörddəbir final mərhələsinin bu gün keçirilən “Yeni Malatyaspor” - “Göztəpə” qarşılaşması isə 1:0 hesabı ilə Malatya təmsilçisinin xeyrinə başa çatıb.

Oxşar xəbərlər

"Qalatasaray" yenə Alanyada "ilişdi"
"Fənərbaxça" yenə "büdrədi" - 90-cı dəqiqədə
"Başakşəhər” kuboka da iddialıdır
Mançester derbisində "şəhərlilər" qalib gəldi
"Qarabağ" - "Sumqayıt" 2:0 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər