Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın yarımmüdafiəçisi "Legiya"nın hədəfində -Təklif gözləyir
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.
Sportfm.az xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İddiaya görə, Ağdam klubu da bu keçidin gerçəkləşməsində maraqlıdır. Klub 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.
Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Leandro Andrade "Qarabağ"dan gedir!
“Qarabağ”ın yeni transfer hədəfləri
Patrik Andrade yeni klubunda - RƏSMİ
Mahir Emreli Çexiya klubunun hədəfində - “Legiya”nı tərk edəcək
Mahir Emreli "Legiya" ilə anlaşdı - Polşa mətbuatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası