reklam
Mahir Emreli
Sportfm.az xəbər saytı

Mahir Emreli "Legiya" ilə müqaviləni pozur -Qalmaqal


Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə müqaviləni pozmağı qərara alıb.

Sportfm.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə kluba məktub yazıb. Emreli komanda ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə toplanışa yollanmaq niyyətində olmadığını bildirib.

ABŞ-dan hüquqşünas tapan forvard müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb. Emreli azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Klubdan verilən açıqlamada Emrelidən məktub aldıqları təsdiqlənib. Lakin paytaxt təmsilçisi oyunçu və onun nümayəndələrinə boyun əyməyəcəyini bəyan edib. Bildirilib ki, azərbaycanlı hücumçu Varşavaya çağırılacaq və komanda ilə Dubay toplanışına yollanacaq.

Qeyd edək ki, "Legiya" hazırlıq prosesinə yanvarın 6-da başlayacaq. (report)

Oxşar xəbərlər

Türkiyə klubu Emrelinin qiymətini qaldırdı, "Dinamo" geri çəkildi - Olay
"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yaydı
Emreli "Legiya"nı məhkəməyə verdi - Müqavilənin xitamını istəyir
"Varşavada "Legiya" sevgisi çox böyükdür" - Mahir Emreli
"Legiya" Emrelisiz başladı - Klubdan ayrılacağı gözlənilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər