"Neftçi"nin Antalyadakı son rəqibi məlum oldu -Toplanış
"Neftçi"nin Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında sonuncu rəqibi bəlli olub.
Sportfm.az xəbər verir ki, son ölkə çempionu Bolqarıstanın "MOİK 1948" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma yanvarın 24-də Side qəsəbəsində olacaq.
"MOİK 1948" klubu Bolqarıstanın yüksək liqasında 19 oyundan sonra 19 xalla 10-cu pillədə qərarlaşıb. Bu, Bolqarıstanın məşhur "MOİK Sofiya" klubu deyil. "MOİK 1948" 2019/2020 mövsümündə əsas liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, "ağ-qaralar" 10 - 25 yanvarda Türkiyədə olacaq. Antalyanın Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da isə Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Bolqarıstan klubu "Neftçi" ilə oyundan imtina etdi - Texniki səbəblərə görə
"Neftçi" Macarıstan klubuna qarşı - İlk sınaq
Hava şəraiti "Neftçi"yə mane oldu - Toplanış
"Neftçi" toplanışa itkilərlə yollandı - Antalya şəhərinə
“Neftçi”nin Antalyadakı rəqiblərindən ikisi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası