Voleybol klublarına maliyyə yardımı ediləcək -AÇIQLAMA
Azərbaycan Voleybol Federasiyası ölkə çempionatlarında I və II turlar arasında intervalın çox olmasının səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Fərid Xəlilov açıqlamasında bildirib.
O, növbəti qarşılaşmaların yanvarın 14-də gerçəkləşəcəyini bildirib: "Yeni yaradılmış müəyyən klublar var ki, onlara maliyyə yardımı etmək istəyirik. Bu klubların maliyyə sıxıntıları olduğundan, mədaxilləri müəyyən qrafikə uyğun gəlir. Ona görə də komandalarını vaxtında forma ilə təmin edə bilmədilər. Həmçinin zədəliləri oldu. Belə etdik ki, onlara da çətin olmasın".
Xəlilov “Azerreyl”in 2 oyunçusunun sıradan çıxdığını xatırladıb: "Biri koronavirusa görə karantinə alınmışdı. Əsas heyətin bir neçə üzvü oynaya bilmədiyi üçün I turla II tur arasındakı vaxtı uzatdıq ki, onlar da özlərinə gəlsin və çempionat davam etsin”.
Qeyd edək ki, kişi və qadınlar arasında Azərbaycan çempionatının ilk turu dekabrın 26-da keçirilib.
Oxşar xəbərlər
"Azerreyl"in prezidenti istefa verdi
AFFA klublara maliyyə yardımı ediləcək - Koronavirusa görə
AFFA Premyer Liqanın klublarına maliyyə yardımı ayırdı
Azərbaycanlı idmançılara maliyyə yardımı ediləcək
Elita klubları maliyyə yardımı edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası