Şəhriyar heç-heçə etdi -"Tata Steel Masters"
Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə “Tata Steel Masters” superturniri davam edir.
Sportfm.az xəbər verir ki, bu gün yarışda 2-ci turun görüşləri baş tutub. İlk turda Daniil Dubovla heç-heçə edən 36 yaşlı qrossmeysterimiz daha bir rusiyalı - Andrey Yesipenko ilə münasibətlərinə aydınlıq gətirib. Ağ fiqurlarla oynayan Məmmədyarov partiyanın 26-cı gedişində rəqibi ilə "sülh bağlayıb".
Turun daha 4 dueli də heç-heçə yekunlaşıb. Dünya şahmat tacının hazırkı sahibi Maqnus Karlsen (Norveç) Aniş Girini (Niderland), macarıstanlı Rixard Rapport isə ev sahibi ölkənin digər təmsilçisi Yorden Van Foresti yenib.
Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.
"Tata Steel Masters"
II tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Andrey Yesipenko (Rusiya) 0,5:0,5
Vidit Santoş Qudjarati (Hindistan) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Niderland) 1:0
Samuel Şenklend (ABŞ) - Nils Qrandelius (İsveç) 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Yorden Van Forest (Niderland) 1:0
Rameşbabu Praqnanandxa (Hindistan) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Daniil Dubov (Rusiya) 0,5:0,5
Xal durumu: Duda, Karlsen, Qudjarati - 1,5 xal, Məmmədyarov, Rapport, Karyakin, Dubov, Karuana, Yesipenko, Praqnanandxa, Van Forest - 1, Qrandelius, Şenklend, Giri - 0,5.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov ikinci oldu - Tata Steel Chess
Məmmədyarov Qujratiyə qarşı - "Tata Steel Masters"
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası