reklam
Məmmədyarov Qujratiyə qarşı -
Sportfm.az xəbər saytı

Məmmədyarov Qujratiyə qarşı -"Tata Steel Masters"


Niderlandın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ənənəvi “Tata Steel Masters” superturniri davam edir.

Sportfm.az xəbər verir ki, bu gün yarışda XII turun qarşılaşmaları keçiriləcək. Qrossmeysterimiz tur çərçivəsində hindistanlı Vidit Santoş Qujrati ilə üz-üzə gələcək. Məmmədyarov partiyada qara fiqurlarla mübarizə aparacaq.

Hazırda hesabında 6,5 xal olan Şəhriyar turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. O, lider Maqnus Karlsendən 1 xal geri qalır.

Qeyd edək ki, 14 şahmatçının qatıldığı turnir dairəvi sistem üzrə keçirilir. Yarışa yanvarın 30-da yekun vurulacaq.

"Tata Steel Masters"
XII tur

Vidit Santoş Qujrati (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) - Sem Şenklend (ABŞ)
Fabiano Karuana (ABŞ) - Maqnus Karlsen (Norveç) 
Daniil Dubov (Rusiya) - Rameşbabu Praqnanandxa (Hindistan)
Andrey Yesipenko (Rusiya) - Rixard Rapport (Macarıstan) 
Aniş Giri (Niderland) - Nils Qrandelius (İsveç) - 
Yan-Kşiştof Duda (Polşa) - Yorden Van Forest (Niderland)

Xal durumu: Karlsen - 7,5, Rapport - 7, Giri, Məmmədyarov - 6,5, Yesipenko, Karuana, Qujrati, Karyakin - 6, Van Forest - 5,5, Duda - 5 Şenklend - 4,5, Qrandelius, Praqnanandxa, Dubov - 3,5.

Oxşar xəbərlər

Şəhriyar heç-heçə etdi - "Tata Steel Masters"
Blits növündə mübarizəyə başlandı - Vüqar Həşimov Memorialı
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Veyk-an-Zee: Çempion müəyyənləşdi, Məmmədyarov 4-cü oldu
Şəhriyar Məmmədyarovun növbəti rəqibi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər