reklam
Dünya çempionatının biletləri satışa çıxarıldı -
Sportfm.az xəbər saytı

Dünya çempionatının biletləri satışa çıxarıldı -69 - 220 dollar


Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün bilet satışının birinci mərhələsinə start verilib.

Sportfm.az xəbər verir ki, azarkeşlər biletləri FİFA-nın rəsmi saytı vasitəsilə sifariş edə bilcəklər. Satışların ilk mərhələsi fevralın 8-dək davam edəcək. Sifariş sayı mövcud yerlərin sayından çox olarsa, biletlər təsadüfi seçimlə paylanacaq.

Əcnəbi azarkeşlər üçün qrup mərhələsinin oyunlarına biletlərin qiyməti 250 - 800 Qətər rialı (69 - 220 ABŞ dolları), yerli sakinlər üçün isə 40 Qətər rialı (11 ABŞ dolları) təşkil edir.

Final matçının bileti yerli futbol azarkeşlərinə 750 Qətər rialına (206 ABŞ dolları), əcnəbi azarkeşlərə isə 2200 - 5850 Qətər rialına (604 - 1600 dollarına) başa gələcək.

Satışın ikinci mərhələsi DÇ-2022-nin aprelin 1-də təşkil olunacaq püşkatma mərasiminədək həyata keçiriləcək. Azarkeşlər biletləri canlı növbə prinsipi ilə əldə edəcəklər. Satışın sonrakı mərhələləri püşkatmadan sonra baş tutacaq.

Qeyd edək ki, Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Oxşar xəbərlər

Biletlər üçün bir sutkaya bir milyondan çox müraciət - DÇ-2022
Azərbaycan – Lüksemburq matçının biletləri satışda - DÇ-2022
Avropa Çempionatının biletləri satışa çıxarıldı - FOTO
DÇ-2018: 4 milyondan çox bilet sifariş olundu
DÇ-2018: 3 milyon biletə sifariş verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər