reklam
Azarkeşlərdən Diniyevə dəstək
Sportfm.az xəbər saytı

Azarkeşlərdən Diniyevə dəstək


"Kəpəz" azarkeşləri komandanın baş məşqçisi Şahin Diniyevə dəstək olublar.
 
Sportfm.az xəbər verir ki, bir qrup gəncəli fanat komandanın "Sumqayıt"a 1:3 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra Diniyevlə klubun Müşahidə Şurasının üzvü Mikayıl Quliyevi əhatəyə alıb. 

Azarkeşlər onlara "Kəpəz"in gələcəyi ilə bağlı suallar ünvanlayıblar. Quliyevlə Diniyev nikbin fikirlər səsləndiriblər. Bundan sonra tərəfdarlar hazırkı baş məşqçinin arxasında olduqlarını söyləyərək, onu alqışlarla yola salıblar.
 
Mənbə: Sportnet.az

Oxşar xəbərlər

Şahin Diniyevə ağır itki üz verib
"Kəpəz"in azarkeşləri sevindirəcəyinə inam ifadə edildi - FOTO
"Kəpəz"in futbolçusu: "Bütün heyət şokdan ayıla bilmədi"
"Kəpəz"dən "Neftçi" rəsmilərinin qovulması ittihamlarına münasibət
Şahin Diniyev azarkeşlərlə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər