Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" Serbiya klubuna məğlub oldu -Yoxlama oyunu
Bu gün "Qarabağ" Antalyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası "Baçka Topola" (Serbiya) ilə üz-üzə gəlib. Əsas komandanın meydana çıxacağı matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkəcək. Klubun ikinci heyətinin meydana çıxacağı görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
"Baçka Topola" Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, "Slyonsk" isə Polşa liqasında 24 xalla 10-cudur.
Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib.
Oxşar xəbərlər
"Qarabağ" Bakıya qayıdır - Antalya toplanışını başa vurdu
"Qarabağ" Antalyadan qələbəsiz qayıdır
Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır - Yoxlama görüşü
"Qarabağ" və "Qəbələ"nin növbəti oyunları - Yoxlama görüşü
"Qarabağ"ın iki oyununun başlama saatı məlum oldu - Yoxlama görüşü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası