"Qarabağ" Antalyadan qələbəsiz qayıdır
"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Visla" (Krakov) komandası ilə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə "köhlən atlar"ın qapıçısı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın "Bohemians" kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.
Qeyd edək ki, "Qarabağ" Antalyadakı ilk matçında Rumıniyanın "Qaz Metan" klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın "Baçka Topola" klubuna 0:1, üçüncü görüşündə Polşa "Şlyonsk"una 2:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Qarabağ" Bakıya qayıdır - Antalya toplanışını başa vurdu
Azərbaycan klubları Antalyada sonuncu oyunlarına çıxır - Yoxlama görüşü
"Qarabağ" Serbiya klubuna məğlub oldu - Yoxlama oyunu
"Qarabağ" və "Qəbələ"nin növbəti oyunları - Yoxlama görüşü
"Qarabağ"ın ilk oyununun başlama saatı bilindi - Yoxlama matçı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası