reklam
Azərbaycan klubunda iki yoluxma aşkarlandı -
Sportfm.az xəbər saytı

Azərbaycan klubunda iki yoluxma aşkarlandı -2 təxirəsalma


Kişi voleybolçulardan ibarət “Sərhədçi” klubunda iki koronavirusa yoluxma aşkarlanıb.

Sportfm.az xəbər verir ki, komandanın baş məşqçisi Qüdrət Məlikov və adı açıqlanmayan voleybolçusunun testi müsbət nəticə verib.

Bu səbəbdən bütün komanda karantinə alınıb. “Sərhədçi”nin üzvlərinin təcrid olunması Azərbaycan çempionatının Yüksək Liqasının təqviminə də təsirsiz ötüşməyib.

Komandanın qarşıdakı iki görüşü təxirə salınıb və artıq rəqiblər bu barədə məlumatlandırılıb. Fevralın 2-də MOİK, üç gün sonra “Murov”la matçlara çıxa bilməyəcək “Sərhədçi”nin qarşılaşmalarının tarixini Azərbaycan Voleybol Federasiyası müəyyənləşdirəcək.

Qeyd edək ki, “Sərhədçi” ilk turda “Ekspress”ə 0:3 hesabı ilə uduzub.(apasport)

Oxşar xəbərlər

"Murov" mövsümü zirvədə bitirdi - Yüksək Liqa
"Neftçi" qalib gəldi
“Neftçi” və MOİK qələbə qazandı - Yüksək Liqa
Təxirə salınan oyunun vaxtı açıqlandı - Yüksək Liqa
Yüksək liqada oyunların vaxtı məlum oldu - Voleybolda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər