Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"dan 1 300-cü qol -Azərbaycan çempionatı
“Qarabağ” Azərbaycan çempionatlarında 1 300-cü qolunu vurub.
Sportfm.az xəbər verir ki, yubiley Premyer Liqanın XV turunda “Neftçi” ilə görüşdə gerçəkləşib.
2:1 hesablı səfər qələbəsi qazanan Ağdam klubunun ikinci qolu tarixi əhəmiyyət kəsb edib.
Kadi Borges ölkə çempionatlarında 840-cı oyununa çıxan “Qarabağ”ın 1 300-cü qolunun müəllifi olub.
Bu top həm də “Neftçi” ilə qarşılaşmalarda 100-cü çempionat qoludur.
Qeyd edək ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” evdə 750, səfərdə 535, neytral meydanda 15 top vurub. Ağdamlılar 1300 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox top var.
Oxşar xəbərlər
"Qarabağ"ın 1400-cü qolu
“Qarabağ”ın yeni rekordu - Azərbaycan çempionatları
"Qarabağ" bunu 40-cı dəfə etdi
Evdə 700-cü qol - 396-cı ev oyununda
“Qarabağ”dan tarixi qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası