reklam
“Qarabağ”ın yeni rekordu -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın yeni rekordu -Azərbaycan çempionatları


“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. Ağdam klubu Misli Premyer Liqasının 7-ci turunda “Zirə”nin qapısına 7 qol vurub.
Sportfm.az xəbər verir ki, bu, “Qarabağ”ın səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

​Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub.

Oxşar xəbərlər

“Qarabağ”dan tarixi rekord
"Qarabağ"dan yubiley qələbəsi - Azərbaycan çempionatlarında
"Qarabağ" bunu 40-cı dəfə etdi
"Qarabağ"ın 400-cü səfər oyunu
Mərkəzi matçda yubiley - Və darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər