reklam
Sportfm.az xəbər saytı

"Keşlə"nin kapitanına ağır cəza -AFFA


AFFA İntizam Komitəsi "Keşlə" klubunun kapitanı İlkin Qırtımovu bir oyunluq cəzalandırıb.

Sportfm.az xəbər verir ki, buna 32 yaşlı müdafiəçinin "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Qırtımov paytaxt təmsilçisini 200 manat məbləğində ziyana salıb. "Keşlə" 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Bundan əlavə, "Sumqayıt" klubu da 800 manat məbləğində cərimələnib. "Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Səbail"lə 1:1 hesabı ilə heç-heçə etdikləri görüşdə sarı vərəqə görüb.

Oxşar xəbərlər

İntizam Komitəsi 4 klubu cərimələdi - Qərar
Cavid Hüseynova ağır cəza verildi - QƏRAR
"Sabah" məşqçisinə, "Qarabağ" azarkeşlərə görə cərimələndi - İntizam Komitəsi
AFFA klubları cəzalandırdı
"Qarabağ"ın müdafiəçisinə bir oyunluq cəza - AFFA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər